Siqareti ən çox bu ölkədə çəkirlər

Siqareti ən çox bu ölkədə çəkirlər
Oxunma sayı: 4514

Avropa Statistika Agentliyi siqaretdən istifadəyə görə Aİ ölkələrinin reytinqini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Aİ ölkələri arasında ən çox siqareti Bolqarıstan vətəndaşları çəkir. Bu ölkədə əhalinin 28,7 faizi tütün məmulatından istifadə edir.

İkinci sırada isə 23,6 faizlə Yunanıstan qərarlaşıb. İlk “üçlüy”ü isə 22,1 faizlə Latviya qapayır.

Almaniya (21,9 faiz) dördüncü, Xorvatiya (21,8 faiz) isə beşincidir.

Aİ ölkələri arasında ən az siqaret çəkənlər isə İsveçdədir (6,4 faiz). Bu reytinqdə Finlandiya 9,9 faizlə ikinci, Lüksemburq isə 10,5 faizlə üçüncüdür. Portuqaliya (11,5 faiz) dördüncü, Danimarka (11,7 faiz) isə reytinq cədvəlində beşinci pillədədir.