Şinzo Abenin dəfninə 2 milyona yaxın vəsait ayrıldı

Şinzo Abenin dəfninə 2 milyona yaxın vəsait ayrıldı
Oxunma sayı: 769

Yaponiyanın keçmiş Baş naziri Şinzo Abe üçün dövlət səviyyəsində dəfn mərasiminin təşkilinə 1,82 milyon dollar ayrılıb.

“Qafqazinfo” “NHK” telekanalına istinadən xəbər verir ki, Yaponiyanın Nazirlər Kabineti sözügedən vəsaitlərin ayrılmasını təsdiq edib.

Məlumata görə, mərasimin keçiriləcəyi “Budokan” idman arenasının icarəyə götürülməsinə 219,3 min dollar, digər təşkilati məsələlərə isə 1,53 milyon dollar xərclənəcək. Mərasim üçün xərclər dövlət büdcəsindən sərf olunacaq.

Xatırladaq ki, Şinzo Abe iyulun 8-i Nara şəhərində çıxışı zamanı güllələnib. İyulun 12-si Abenin ailə üzvləri və yaxın dostlarının iştirakı ilə dəfn mərasimi baş tutub. Abenin cəsədi kremasiya olunub (yandırılıb). Dövlət səviyyəsində dəfn mərasimi isə sentyabrın 27-si baş tutacaq.