Sıla üzr istəyib konsertlərini təxirə saldı

Sıla üzr istəyib konsertlərini təxirə saldı
Oxunma sayı: 1313

Türkiyənin tanınmış müğənnisi Sıla Gençoğlu “Sülh Çeşməsi” hərəkatı səbəbindən bu gün və şənbə günü keçiriləcək konsertlərini təxirə salıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ifaçı sosial şəbəkədə yazıb:

“Vətən övladları canla-başla mübarizə aparıb, ailələri evlərində övlad yolu gözləyərkən, günahsız uşaqlar və sivil xalqımız canından olub yaralanarkən coşğu və sevinclə səhnədə ola bilmərəm. Tamaşaçılarımdan üzr istəyirəm. Sülh və sabitliyin yaxın zamanlarda bərqərar olması ümidilə...”


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi