Səyyad Əlizadənin vəziyyətində irəliləyiş var

Səyyad Əlizadənin vəziyyətində irəliləyiş var
Oxunma sayı: 2650

Mərkəzi Gömrük Hospitalında koronavirusdan müalicə olunan müğənni Səyyad Əlizadənin vəziyyəti yaxşılaşmağa doğru gedir.

Bu barədə “Qafqazinfo”ya sənətçinin bacısı Səidə Əliyeva bildirib.

Onun sözlərinə görə, ifaçının vəziyyətində irəliləyiş var:

“Ağciyərlərindəki buzlu şüşənin faizi azalıb. Böyrəyi, ürəyi normal işləyir. Həkimlər müalicəni davam etdirir”.