Səudiyyə Ərəbistanı vəliəhdi və Avstraliyanın General-Qubernatoru İlham Əliyevi təbrik etdilər

Səudiyyə Ərəbistanı vəliəhdi və Avstraliyanın General-Qubernatoru İlham Əliyevi təbrik etdilər
Oxunma sayı: 1396

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, təbrik məktubunda deyilir:

Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına daha böyük inkişaf və firavanlıq arzu edirik”.

Avstraliya İttifaqının General-Qubernatoru Devid Con Hörli də Prezidentə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:

“Zati-aliləri.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına Avstraliya hökuməti və xalqı adından ən səmimi arzularımızı çatdırıram.

Əminəm ki, ölkələrimiz arasındakı dostluq əlaqələri gələcəkdə də uğurla inkişaf edəcək”.