“Səsim batandan sonra dedim ki, yaxşı ki, belə oldu” - Akif İslamzadə

“Səsim batandan sonra dedim ki, yaxşı ki, belə oldu”
Oxunma sayı: 4059

Müğənni Zamiq Hüseynov əfsanəvi sənətkar Akif İslamzadəni doğum günü münasibətilə təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, Hüseynov instaqram səhifəsində yazdığı bu sözləri ilə diqqət çəkib:

“Sənətkar, doğum gününüz mübarək, yaxşı ki, varsınız. Bir sözü heç vaxt yadımdan çıxmayacaq. Dedi ki, səsim batanda çox narahat oldum, çox özümə qapandım, çox pis idim... Amma zaman keçdi, dedim ki, yaxşı ki, belə oldu! Mən anladım və gülümsədim. O demək istədi ki, Allah hər insana öz işini zirvədə buraxmağı nəsib etsin!”.

Qeyd edək ki, bu gün A. İslamzadənin 74 yaşı tamam olur.