“Sertifikasiya imtahanında yaşı 65-dək olan müəllimlər iştirak edəcəklər. Lakin müəllimin yaşı 65-dən yuxarıdırsa və gələcəkdə fəaliyyətini davam etdirmək istəyirsə, o da sertifikasiyada iştirak edə bilər”.
“Qafqazinfo” xəbər verir ki, bunu təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı tədbirdə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.
O qeyd edib ki, sertifikasiyadan keçən müəllimin nəticələri 5 il qüvvədə olacaq.
Gülnar Əliyeva