Sənay Yağmurun zorlanması işini Kamran Əliyev nəzarətə götürdü

Sənay Yağmurun zorlanması işini Kamran Əliyev nəzarətə götürdü
Oxunma sayı: 7223

Xalası oğlu Əsgər Ağayev tərəfindən narkotik verildikdən sonra zorlandığını bildirən Sənay Yağmurun şikayəti ilə bağlı cinayət işini baş prokuror Kamran Əliyev nəzarətə götürüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə S.Yağmurun anası Zümrüd Yağmur bildirib.

O qeyd edib ki, bu gün səhər baş prokurorun böyük köməkçisi Mahir Abbasovla görüşüb: “Cinayət işi materiallarında olan və bizi narazı salan halları dedik. Ekspertiza rəyləri və cinayət baş verməsini sübut edən faktları bir daha dilə gətirdim.

Mahir Abbasov bildirdi ki, iş Yasamal rayon Prokurorluğundan alınacaq və baş prokuror Kamran Əliyevin nəzarəti altında başqa bir yerdə araşdırılacaq”.

Həmçinin oxuyun: “Xalam oğlu mənə təcavüz edib”

“Prokuror dedi ki, qızınıza yaxşı tərbiyə verəydiniz” - Zümrüd Yağmur

Əhəd Abıyevin Sənayın işini aparan prokurorla əlaqəsi olub?