Şəmkirdə adam bıçaqlayan şəxs həbs edildi

Şəmkirdə adam bıçaqlayan şəxs həbs edildi
Oxunma sayı: 605

Avqustun 5-də saat 01 radələrində Şəmkir rayonu ərazisində 1995-ci il təvəllüdlü Sənan Quliyevə çoxsaylı bıçaq xəsarətlərinin yetirilməsi barədə məlumat daxil olub.

Şəmkir rayon Prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1999-cu il təvəllüdlü Mixayil Quliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Sənan Quliyevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.  

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Mixayil Quliyev təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində Şəmkir rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.