Şəmkir bazarında yanğın - Video

Şəmkir bazarında yanğın
Oxunma sayı: 1079

Noyabrın 26-dan 27-nə keçən gecə Şəmkir rayonu, Sabirkənd kəndində tikinti materialları bazarında yanğın baş verib.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, müvafiq texnika və canlı qüvvə dərhal yanğın baş verən əraziyə cəlb olunub.

Yanğının mürəkkəbliyinə və onun hər an tezalışan və yanar tikinti materiallarının (boya, taxta və s.) saxlanıldığı bir-birinə bitişik mağazalara keçmə təhlükəsinə baxmayaraq, yanğının geniş əraziyə yayılmasının qarşısı alınaraq söndürülüb.

Nəticəsində ümumilikdə 100m², o cümlədən ümumi sahəsi 70m² olan tikinti materialları mağazası və ofisi, həmin tikiliyə bitişik ümumi sahəsi 20m² olan talvar və talvara bitişik ümumi sahəsi 100m² olan talvarın lambirindən ibarət tavanı 10m² sahədə yanıb. Talvarın qalan hissəsi və digər mağazalar yanğından mühafizə olunub.