Türkiyədə yağan şiddətli yağış Samsunda həyatı iflic edib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, nəticədə Terme çayı daşaraq evləri su basıb.
Təbiət hadisəsi 1 nəfərin həyatına son qoyub.
Rayonun Terme qəsəbəsində tövlə və evlər dağılıb, əkinçilik sahələri və otlaqlara külli miqdarda ziyan dəyib. Sakinlər qəsəbədən təxliyə olunublar.