Şəkidə “Zil” aşdı, sürücü öldü

Şəkidə “Zil” aşdı, sürücü öldü
Oxunma sayı: 1131

Şəkidə ağır yol qəzası baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün səhər saatlarında şəhərin Salman Mümtaz küçəsində qeydə alınıb.

Belə ki, Şəki sakini Mahir Zakir oğlu Hacırəhimovun idarə etdiyi “Zil” markalı yük avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Bu zaman özünü yük avtomobilindən atmaq istəyən sürücü ağır xəsarət alıb. O, Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, sürücü Mahir Hacırəhimov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Məmmədov