Şəkidə yanğın - Fotolar

Şəkidə yanğın
Oxunma sayı: 1917

Şəki rayonunda yanğın hadisəsi baş verib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun Şəki rayonu ərazisindən keçən hissəsində yol kənarındakı kolluq ərazilərdə qeydə alınıb. Bununla yanaşı, elektrik və rabitə xətləri də yanıb.

Yanğının baş verdiyi əraziyə Fövqəladə Hallar Nazirliyinin Şəki Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən texnikası və 25 nəfər şəxsi heyəti cəlb edilib. Havanın küləkli olması alovun əhatə dairəsini artırıb. Alov təxminən 10 hektar ərazini əhatə edir.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Mübariz Muradov