Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi - Video+Fotolar

Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi
Oxunma sayı: 787

Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərimizin ruhlarına ehtiram məqsədilə anım tədbirləri keçirilib.

“Qafqazinfo” xəbər  verir ki, Vətən müharibəsi şəhidləri Rəhim Hüseynov və Tural Eyyubovun xatirəsinə həsr olunan tədbirlərdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları, eləcə də döyüş yoldaşları iştirak ediblər.

Tədbir iştirakçılarına Vətən müharibəsindən, şəhidlərimizin şərəfli ömür və döyüş yolundan bəhs olunub, videoçarxlar təqdim edilib.
Şəhidlərin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.