Şəhidlərdən üçü II Şəhidlər xiyabanında dəfn edilməyib

Şəhidlərdən üçü II Şəhidlər xiyabanında dəfn edilməyib
Oxunma sayı: 4211

Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda ötən gün qəzaya uğraması nəticəsində şəhid olan 11 hərbçi II Şəhidlər xiyabanında dəfn edilib.

“Qafqazinfo” xəbər verir ki, şəhid hərbçilərdən üçü isə ailələrinin istəyi ilə doğulduqları ərazidə torpağa tapşırılıb.

Bunlardan biri helikopterin pilotu polkovnik Fizuli Cavadovdur. O, Zirə kənd qəbiristanlığında dəfn edilib. Kapitan Xəyyam Əliyev Əmircan qəsəbəsində, baş leytenant Fərid Nağıyev isə doğulduğu Beyləqan rayonunda dəfn edilib.