Şəhidlər dəfn olundu - Fotolar

Şəhidlər dəfn olundu
Oxunma sayı: 5209

Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda ötən gün qəzaya uğraması nəticəsində şəhid olan 14 hərbçi dəfn olunub.

"Qafqazinfo" xəbər verir ki, onlardan 11-nin cənazəsi II Şəhidlər xiyabanında torpağa tapşırılıb. 

Yaylım atəşi açılıb, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev mərasimdə iştirak edib. 

Digər üç şəhid - polkovnik Fizuli Cavadov Zirə qəsəbəsində, kapitan Xəyyam Əliyev Əmircan qəsəbəsində, baş leytenant Fərid Nağıyev isə Beyləqan rayonunda dəfn olunub.

Murad Əhməd

Fotolar: Müzəffər İsmayılov/Pərvin Zeynal