Şəhidin ailəsində bədbəxt hadisə - Yenilənib

Şəhidin ailəsində bədbəxt hadisə
Oxunma sayı: 9819

Gəncədə bədbəxt hadisə qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, 38 yaşlı Pərviz İsgəndərov yaşadığı evin darvazasında hündürlükdə olan bayrağı dəyişərkən yıxılıb.

O, dərhal xəstəxanaya aparılıb. 

Qeyd edək ki, Pərviz İsgəndərov Vətən Müharibəsinin şəhidi Bəhruz İsgəndərovun qardaşıdır.

***

Xəstəxanadan bildirilib ki, o, ağır kəllə-beyin travması alıb, vəziyyəti ağırdır.

Bundan əvvəl isə şəhidin qardaşının bədbəxt hadisə nəticəsində vəfat etdiyi deyilmişdi.

Şəhid Bəhruz İsgəndərov