Şəhid polkovnik-leytenantın xatirəsi anıldı - Fotolar

sehid-polkovnik-leytenantin-xatiresi-anildi
Oxunma sayı: 795

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Qəbələ şəhərində Vətən müharibəsində qəhrəmancasına şəhadətə ucalan “Vətən Müharibəsi Qəhrəmanı” şəhid polkovnik-leytenant Əfqan Abdurahmanovun xatirəsinə həsr olunan “Qəhrəmanlar unudulmur” adlı anım tədbiri keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə rayon ictimaiyyəti, şəhid ailələri və qazilər, Peşə Təmayüllü liseyin kollektivi, gənclər və məktəblilər iştirak edib. Tədbir iştirakçılarını salamlayan “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə çıxışında qeyd edib ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi yönündə bu kimi görüşlərin təşkil olunmasının əsas məqsədi şəhidlərin keçdiyi döyüş yolunu və qəhrəmanlıq salnaməsini gənclərə çatdırmaq, onların xatirəsini daima qürurla, ehtiramla yad etməkdir.

Vətən müharibəsi veteranı, şəhidin döyüş yoldaşı  polkovnik leytenant Cabir Zeynalov qəhrəmanın döyüş yolunun gənc nəslimizin böyüməsində, hərbi tərbiyəsində böyük rolundan danışıb. Bu cür qəhrəmanlıq salnaməsinin təhsil müəssisələrində təqdimatının əhəmiyətini vurğulayıb.

Tədbirdə şəhidin döyüş yolundan bəhs edən sənədli film nümayiş olunub, şəhidin adını daşıyan Qəbələ şəhər 3 saylı orta məktəbin şagirdlərinin hazırladığı qəhrəmanlıq ruhlu musiqi kompozisiyası təqdim edilib.