Şəhərdə gəzən maralı 4 gün sonra tuta bildilər

Şəhərdə gəzən maralı 4 gün sonra tuta bildilər
Oxunma sayı: 2089

Tokioda hüquq-mühafizə orqanlarının əməkdaşları 4 gündür şəhərdə gəzən maralı saxlaya biliblər.

“Qafqazinfo” “NHK” telekanalına istinadən xəbər verir ki, 4 gündür ki, axtarılan və hündürlüyü təxminən bir yarım metr olan bir maral ilk dəfə mayın 31-də İtabaşi bölgəsindəki Arakava çayı ətrafında görülüb.

İyunun 2-də onun artıq Adati bölgəsində olduğu məlum olub. Hər ikisində heyvan onu təqib edən insanlardan qaçmağı bacarıb. Lakin bu gün 20 hüquq-mühafizə orqanı əməkdaşı və yerli idarəetmə işçiləri böyük bir tor vasitəsilə maralı tuta biliblər.
 
Maralın bir müddət sığınacaqda qalacağı qeyd edilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi