Səfirliklərin açılması üçün bu qədər vəsait ayrılır

sefirliklerin-acilmasi-ucun-bu-qeder-vesait-ayrilir
Oxunma sayı: 2339

Azərbaycanın İsrail, Albaniya və Keniyada səfirliyinin açılması, Fələstində təmsilçilik ofisinin açılması və digər xərclərlə bağlı 2023-cü il dövlət büdcəsindən 15,9 milyon manat vəsatinin ayrılması təklif edilir. 

“Qafqazinfo” xəbər verir ki, bunu maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 22-də keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zaman deyib. 

Onun sözlərinə görə, bu barədə 2023-cü il dövlət büdcəsinə dəyişiklik təklif olunur. Nazir müavini vurğulayıb ki, dəyişikliklər büdcə qaydalarına uyğundur.

Eldar Tanrıverdi