Səfərbərlikdən sonra bu qədər Rusiya vətəndaşı Qazaxıstana gedib

Səfərbərlikdən sonra bu qədər Rusiya vətəndaşı Qazaxıstana gedib
Oxunma sayı: 1317

Rusiyada sentyabrın 21-i qismən səfərbərlik elan ediləndən bəri 400 mindən çox Rusiya vətəndaşı Qazaxıstana gedib.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın əmək və əhalinin sosial müdafiəsi naziri Tamara Duysenova bildirib.

“Gündəlik mübadilə etdiyimiz operativ məlumatlara görə, onların 320 mindən çoxu Qazaxıstanı tərk edib, 100 min nəfərə yaxını isə hələ ölkədədir”, - o əlavə edib.

Qeyd edək ki, daha öncə sentyabrın 21-dən oktyabrın 4-dək 200 mindən çox Rusiya vətəndaşının Qazaxıstana daxil olduğu, 147 mininin isə çıxdığı bildirilirdi.

Xatırladaq ki, Rusiyada sentyabrın 21-i elan olunan qismən səfərbərlik oktyabrın 28-i başa çatıb. Səfərbərlik çərçivəsində 300 min nəfərin orduya cəlb olunması planlaşdırılırdı.