Səfər Mehdiyevi saxlayan polislər işdən çıxarılıb?

Səfər Mehdiyevi saxlayan polislər işdən çıxarılıb?
Oxunma sayı: 13376

Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevi saxlayan yol polisləri işdən çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Sfera.az saytı məlumat yayıb. Qeyd olunub ki, sözügedən DYP əməkdaşları vəzifələrindən azad edilərək sərəncama götürülüb.

Xatırladaq ki, bir neçə gün öncə Səfər Mehdiyevin idarə etdiyi avtomobilin saxlanmasını əks etdirən görüntülər yayılıb. Hadisə vaxtı keçmiş sədr idarə etdiyi “Mercedes Galendevagen” markalı, 90 AA 978 dövlət qeydiyyat nişanlı avtomobildən düşərək yol polisi əməkdaşlarına hirslənib.

Özünü general-polkovnik Mehdiyev kimi təqdim edən Səfər Mehdiyevin onu saxlayan polisə “Nə həyasız adamsan? Sirena yandırdığımı görmürsən?” dediyi görünüb.