Səfər Əbiyev yenə medal verməsi ilə gündəmə gəldi - Fotolar

Səfər Əbiyev yenə medal verməsi ilə gündəmə gəldi
Oxunma sayı: 18589

Azərbaycanın eks-müdafiə naziri Səfər Əbiyevin yeni fotosu yayılıb.

“Qafqazinfo” xəbər verir ki, sabiq nazirin də üzv olduğu "Dədə Qorqud" Milli Fondu Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlunu mükafatlandırıb.

Xəbəri rus dilində oxuyun: Сафар Абиев вручил очередную медаль - Фото

Bu barədə E.Sabiroğlu məlumat paylaşıb. Bildirib ki, “Dədə Qorqud” Milli Fondu “Azərbaycan dünyası” Beynəlxalq Jurnalı onu “Ədalətin qılıncı” beynəlxalq ordeni ilə təltif edib:

“Bu ordeni döşümə çox hörmət etdiyim və əsl insan kimi tanıdığım keçmiş müdafiə naziri Səfər Əbiyev və jurnalın baş redaktoru Eldar İsmayılov taxdı”.

Həmçinin oxuyun: Hazırda məhkəməsi gedən MTN polkovnikləri Vəkillər Kollegiyasına üzv qəbul edilib - Açıqlama

MİDA direktorunun biznesmen oğlu məhkəməyə verildi - Borcunu ödəmir

Qeyd edək ki, sabiq nazir 2019-cu ildə də azərbaycanlı jurnalist Fuad Abbasovu mükafatlandırmışdı.

Xatırladaq ki, S.Əbiyev 2013-cü ildə müdafiə naziri vəzifəsindən azad olunub.