Sarkisyan müxalifət liderləri ilə növbəti görüş istədi

Sarkisyan müxalifət liderləri ilə növbəti görüş istədi
Oxunma sayı: 1659

Ermənistan Prezidenti Armen Sarkisyan martın 7-də müxalifət nümayəndələri ilə görüşmək istəyir.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyanın istefasını tələb edən siyasi qüvvələri birləşdirən müxalif “Vətənin xilası hərəkatı”nın nümayəndəsi İşxan Saqatelyan deyib.

“Bizə prezidentin hərəkat rəhbərləri ilə növbəti dəfə görüşmək istədiyi deyildi”, - deyə Saqatelyan qeyd edib.

Onun sözlərinə görə, əvvəlki görüş zamanı müxalifət öz mövqeyini bildirib və Baş qərargah rəisinin istefası ilə bağlı məsələnin Konstitusiya Məhkəməsinə göndəriləcəyinə dair zəmanət alıb.

“Bizə yekun cavab verilməyib, ancaq bazar ertəsinədək vaxt var. Prezident Konstitusiya Məhkəməsinə müraciət etməyə məcburdur, əks halda, ölkədə hazırkı vəziyyətə və baş verəcəklərə görə şəxsən məsuliyyət daşıyacaq”, - deyə İşxan Saqatelyan qeyd edib.

O, həmçinin, Baş qərargah rəisini öz vəzifəsini tərk etməməyə çağırıb.