Sarkisyan Baş Qərargah rəisi ilə görüşdü

Sarkisyan Baş Qərargah rəisi ilə görüşdü
Oxunma sayı: 1898

Ermənistan Prezidenti Armen Sarkisyan bu gün Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanla görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Onlar görüşdə son proseslərin yaratdığı gərgin siyasi vəziyyəti müzakirə ediblər.

Xatırladaq ki, fevralın 25-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Buna cavab olaraq Paşinyan çevriliş cəhdini bəyan edib və Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad olunması barədə qərar imzalayaraq, onu Prezident Armen Sarkisyana göndərib.

Sarkisyan isə öz konstitusiya səlahiyyətləri çərçivəsində Qasparyanın vəzifəsindən azad edilməsi haqqında qərarı hökumət rəhbərinə geri qaytarıb.

Daha sonra Paşinyan Qasparyanın vəzifədən azad edilməsi barədə Prezidentə təkrar müraciət ünvanlayıb.