Şamaxıda keçmiş məhkum daşla öldürüldü - Yenilənib

Şamaxıda keçmiş məhkum daşla öldürüldü
Oxunma sayı: 2200

Şamaxıda mübahisə zamanı keçmiş məhkum öldürülüb.

DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, hadisə ötən gecə baş verib. Rayon sakini, əvvəllər məhkum olunmuş Şəfayət Hacıyev bıçaqla və daşla vurularaq qətlə yetirilib.

Xəbəri rus dilində oxuyun: Джаваншир Фейзиев потерял еще одну должность

Araşdırmalarla Ş.Hacıyevin M.Rizvanov tərəfindən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. M.Rizvanov “isti izlər”lə tutulub, istintaq tədbirləri davam etdirilir.

***

Şamaxı rayon prokurorluğundan bildirilib ki, araşdırmalarla “Şamaxı” adlı marketdə gözətçi işləyən Mülkalı Rizvanovun Şəfayət Haviyevə gəzdirdiyi cib bıcağı ilə çoxsaylı xəsarətlər yetirərək, daha sonra isə mişar daşı parçası ilə vuraraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı cinayət işi başlanıb.