Salyanda 52 yaşlı kişi yolu keçərkən hücuma məruz qalıb.
Rayon prokurorluğundan "Qafqazinfo"ya verilən məlumata görə, mayın 24-də rayon ərazisində 1970-ci il təvəllüdlü Natiq Əhmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla rayon sakini 1991-ci il təvəllüdlü İnsanağa Əsgərovun küçədə yolu piyada keçən Natiq Əhmədova yaxınlaşaraq kəsici-deşici alətlə xəsarətlər yetirməsi nəticəsində sonuncunun xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb. İnsanağa Əsgərov şübhəli şəxs qismində tutulub, istintaq tədbirləri davam etdirilir.