Şakira və Hamilton sevgilidir?

sakira-ve-hamilton-sevgilidir
Oxunma sayı: 4451

Dünyaca məşhur kolumbiyalı müğənni Şakiranın Formula 1 komandasının britaniyalı pilotu Luis Hamiltonla sevgili olduğu bildirilir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ikili son zamanlar tez-tez birlikdə görüntülənir.

38 yaşlı Hamiltonun ikinci olduğu yarışdan sonra Sudan əsilli kanadalı müğənni Şair Mustafa, Fai Khadra və Şakira ilə şam yeməyinə getdiyi öyrənilib.

Mustafanın instaqram hekayəsi olaraq paylaşdığı fotoda Həmiltonun Şakiranı qucaqladığı əksini tapıb.

Dostları iki uşaq anası Şakira ilə britaniyalı idmançı Həmilton arasında sevgi macərasının ötən ay Mayamidə keçirilən Qran Pridə başladığını bildiriblər.

Qeyd edək ki, bir neçə ay öncə 46 yaşlı Şakira ilə 36 yaşlı Pike arasında 11 illik evlilik keçmiş futbolçunun 23 yaşlı sevgilisi Klara Çia ilə münasibətinə görə bitib.