Şakira milyonlarla vergi borcuna görə məhkəməlik oldu

Şakira milyonlarla vergi borcuna görə məhkəməlik oldu
Oxunma sayı: 1599

Müğənni Şakira vergi borcundan yayınmaqda ittiham edilir.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, İspaniya məhkəməsi ifaçını mühakimə etmək qərarına gəlib. Kolumbiyalı müğənni 14,5 milyon avro məbləğində vergi ödəməməkdə şübhəli bilinir.

Xəbəri rus dilində oxuyun: Завод “İmprotex İndustries” представляет технику на выставке “Texnofest” 2022

Ümumilikdə, 45 yaşlı ifaçı 2012-2014-cü illər arasında vergidən yayınma ilə bağlı 6 işdə ittiham olunur. 

Barselona Məhkəməsi prosesin başlaması üçün “kifayət qədər əsasların” olduğunu müəyyən edib.

Məhkəmənin bu qərarı ötən il Şakiranın vəkillərinin vergi cinayətləri faktı ilə bağlı qənaətə etiraz etmək cəhdinə cavab olaraq qəbul edilib.

İttiham tərəfinin fikrincə, müğənni İspaniyada vergiyə cəlb olunan vəsaitləri ofşor hesablara çəkib.