Şahruddin Məhəmmədəliyev yenə səhvi ilə gündəm oldu - Video

Şahruddin Məhəmmədəliyev yenə səhvi ilə gündəm oldu
Oxunma sayı: 5232

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev növbəti dəfə oyunda etdiyi səhvlə gündəmə gəlib.

“Qafqazinfo” xəbər verir ki, çərçivə qoruyucusu ötən gün Azərbaycan Premyer Liqasının 15-ci turunda “Zirə” ilə matçın 50-ci dəqiqəsində səhvə yol verib. 

Topu komanda yoldaşına ötürməyə çalışan Ş.Məhəmmədəliyev bunu bacarmayıb. Nəticədə “Qarabağ”ın qapısında təhlükə yaranıb. “Zirə”nin yarımmüdafiəçisi Rəhim Sadıxov isə fürsətdən yararlana bilməyib. 

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Nant”la matçda da analoji səhvə yol vermişdi və həmin epizod rəqibin qolu ilə nəticələnmişdi.