Şahdağ, Göygöl, Altıağacdan qar - Fotoları

Şahdağ, Göygöl, Altıağacdan qar
Oxunma sayı: 6087

Göygöl, Şahdağ, Altıağac Milli Parklarına qar yağıb.

“Qafqazinfo” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi füsunkar təbiəti ilə göz oxşayan milli parkların qış görüntülərini yayıb.

Şahdağ Milli Parkına yağan qar bu gün yeni sakinləri olan zubrlarla daha cəlbedici görünür.

Göygöl Milli Parkının gözəl təbiəti ağappaq qara bürünüb. Parkın füsunkar təbiətinə qar başqa bir gözəllik qatıb.

Qar mənzərəsi Altıağac Milli Parkının meşələrində fərqli peyzaj yaradıb.