Şabranda vəziyyət necədir?

Şabranda vəziyyət necədir?
Oxunma sayı: 1772

“Şabranda bir neçə gündür davam edən güclü meşə yanğınları lokallaşdırılıb, hazırda bir neçə yerdə tüstülənmə müşahidə olunur və onların da tam söndürülməsi istiqamətində iş aparılır”.

Bu barədə “Qafqazinfo”ya Şabran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri İlkin Ağayev məlumat verib.

Onun sözlərinə görə, bu gün küləyin də səngiməsi ilə yanğınları nəzarətə almaq mümkün olub.

İlkin Ağayev, həmçinin bildirib ki, meşə yanğınlarının Şabran rayonuna vurduğu zərərin müəyyən edilməsi məqsədilə komissiya təşkil edilib və komissiyanın üzvləri hər kənd üzrə məlumatları toplayır.

Qeyd edək ki, bir neçə gündür Quba, Şabran, Siyəzən, Xaçmaz və Qəbələ rayonlarında meşə yanğınları davam edir.