Sabahın havası açıqlandı

Sabahın havası açıqlandı
Oxunma sayı: 4631

Azərbaycanda avqustun 20-də gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yağmursuz hava müşahidə olunacaq. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-26° isti, gündüz 35-38° isti, Bakıda gecə 24-26° isti, gündüz 36-38° isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-60 %, gündüz 35-40 % olacaq.

Abşeron çimərliklərində mülayim cənub-şərq küləyi əsəcək.

Dəniz suyunun temperaturu: şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 27-28° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 28-29° isti olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava müşahidə olunacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-29° isti olacaq.