Sabahın havası açıqlandı

Sabahın havası açıqlandı
Oxunma sayı: 3405

Azərbaycanda avqustun 17-də gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yağmursuz hava müşahidə olunacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 24-28° isti, gündüz 34-39° isti olacaq. Bakıda gecə 25-27° isti, gündüz 37-39° isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-55 %, gündüz 30-35% olacaq.

Abşeron çimərliklərində mülayim cənub-şərq küləyi əsəcək.

Dəniz suyunun temperaturu: şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 28-29° isti, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 29-30° isti olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava müşahidə olunacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 41-42° isti, dağlarda gecə 15-20° isti, gündüz 27-32° isti olacaq.