Sabahın havası açıqlandı

Sabahın havası açıqlandı
Oxunma sayı: 1596

Azərbaycanda oktyabrın 20-də gözlənilən hava proqnozu açılıb. 

Milli Hidrometeorologiya Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz yağışda qısamüddətli fasilə olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.  

Havanın temperaturu gecə 12-14° isti, gündüz 14-16° isti olacaq. Bakıda gecə 12-14° isti, gündüz 14-16° isti olacaq. 

Atmosfer təzyiqi  763 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək.Nisbi rütubət 70-80 %  olacaq.

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 20-də  Abşeron yarımadasında rütubətli hava şəraitinin üstünlüyü  və mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir. 

Azərbaycanın rayonlarında

Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv  olacağı, dağlıq ərazilərdə qar yağacağı  ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 11-14° isti, gündüz 16-20° isti, dağlarda gecə 0-5° isti, gündüz  5-10° isti olacaq.