Sabahdan bu küçələrdə təmir işləri aparılacaq

Sabahdan bu küçələrdə təmir işləri aparılacaq
Oxunma sayı: 1531

20 avqust saat 08:00-dan 21 avqust saat 20:00-dək Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi ilə Mehdi Abbasov küçəsinin kəsişməsində yerləşən dairədə təmir işləri aparılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Agentliyi (AAYDA) məlumat yayıb.

“Sürücülərdən aparılacaq təmir işlərinə anlayışla yanaşmaları, qeyd olunan tarixlərdə təmir işlərinin aparıldığı ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik”, - məlumatda deyilir.