Sabah yağış yağacaq

Sabah yağış yağacaq
Oxunma sayı: 1512

Azərbaycanda oktyabrın 19-da gözlənilən hava proqnozu açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 14-16° isti, gündüz 17-19° isti olacaq. Bakıda gecə 14-16° isti, gündüz 17-19° isti olacaq.

Atmosfer təzyiqi  762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 %  olacaq.

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 19-da  Abşeron yarımadasında rütubətli hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

Azərbaycanın rayonlarında

Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı  ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16°  isti, gündüz 19-24° isti, dağlarda gecə 0-5° isti, gündüz  5-10° isti olacaq.