Sabah hava çiskinli olacaq

Sabah hava çiskinli olacaq
Oxunma sayı: 812

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 oktyabrda gözlənilən hava şəraitini açıqlayıb. 

Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.

Arabir güclənən şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17, gündüz 21-23, Bakıda gecə 15-17, gündüz 22-24 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin bəzi şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 10-da Abşeron yarımadasında gündüz saatlarında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi