Sabah “ASAN xidmət” və “ASAN kommunal” işləməyəcək

Sabah “ASAN xidmət” və “ASAN kommunal” işləməyəcək
Oxunma sayı: 1258

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) vətəndaşlara müraciət edib.

Agentlikdən “Qafqazinfo”ya verilən məlumata görə, 26 İyun - Silahli Qüvvələr Günü ilə əlaqədar “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

Bu səbəbdən vətəndaşlar iyunun 27-dən mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.