Saakaşvilinin daha iki həkimə ehtiyacı var

Saakaşvilinin daha iki həkimə ehtiyacı var
Oxunma sayı: 1420

“Keçmiş Prezident Mixail Saakaşvilinin müalicəsi ilə məşğul olan xüsusi həkim qrupunun tərkibi genişləndirilməlidir”.

“Qafqazinfo” xəbər verir ki, bunu siyasətçinin şəxsi həkimi Nikoloz Kipşidze deyib.

Onun sözlərinə görə, sözügedən qrupa qastroenteroloq və aritmiya üzrə mütəxəssis də cəlb olunmalıdır. 

N.Kipşidze, həmçinin qeyd edib ki, Saakaşvilinin testlərinin və analizlərinin nəticəsi normaldır.

Bununla yanaşı, həkim bir daha xatırladıb ki, Saakaşvili çoxşaxəli mülki klinikaya köçürüləcəyi təqdirdə xəstəxanaya aparılmağa razıdır. 

Qeyd edək ki, artıq 26 gündür ki, Saakaşvili aclıq aksiyasını davam etdirir. Ədliyyə Nazirliyi sabiq Prezidentin Tbilisidəki 18 saylı Qldansk həbsxanasına köçürülməsinə razıdır. Nazirlik sözügedən həbsxananın aclıq elan etmiş məhbuslar üçün əlverişli olduğunu iddia edir. Saakaşvilinin şəxsi həkimi Nikoloz Kipşidze və vəkillər siyasətçinin çoxşaxəli mülki klinikaya köçürülməsində təkid edirlər.

Xatırladaq ki, Gürcüstanın Səhiyyə Nazirliyi yanında yaradılan həkim qrupu oktyabrın 19-u Saakaşvilini ziyarət edib. Həkimlər siyasətçinin klinikaya yerləşdirilməsi ilə bağlı rəy veriblər.