Rusiyanın BƏƏ-dəki səfiri dünyasını dəyişdi

Rusiyanın BƏƏ-dəki səfiri dünyasını dəyişdi
Oxunma sayı: 1472

Rusiyanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Sergey Kuznetsov 68 yaşında dünyasını dəyişib.

"Qafqazinfo" TASS-a istinadən xəbər verir ki, bu barədə diplomatik missiyanın "Facebook" səhifəsində yazılıb.

Kuznetsovun ölüm səbəbi bilinmir.

Qeyd edək ki, Sergey Kuznetsov 2019-cu ildən BƏƏ-də səfir vəzifəsini icra edir. O, müxtəlif vaxtlarda Liviya, Suriya, Oman və Küveytdə də səfir olub.