Rusiyanın Baş naziri və Dövlət Dumasının sədri Azərbaycana gələcək

Rusiyanın Baş naziri və Dövlət Dumasının sədri Azərbaycana gələcək
Oxunma sayı: 2072

Rusiya Prezidenti Vladimir Putin Rusiyanın Baş naziri Mixail Mişustinin və Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Azərbaycana səfər edəcəklərini açıqlayıb.

“Qafqazinfo” “Lenta.ru”ya istinadən xəbər verir ki, o, bu barədə Aşqabadda Xəzər sammiti çərçivəsində azərbaycanlı həmkarı İlham Əliyevlə görüşündə danışıb.

Putin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu yaxınlarda Bakıya səfər etdiyini xatırladıb: “Vaxtınızı ayırıb onu qəbul etdiyiniz üçün təşəkkür edirik. Baş nazirimizin və Dövlət Dumasının sədrinin səfəri hazırlanır”.