Rusiyadan Avropa İttifaqının sanksiya qərarına ilk - Reaksiya

Rusiyadan Avropa İttifaqının sanksiya qərarına ilk
Oxunma sayı: 2099

Avropa İttifaqının Rusiyaya sanksiya tətbiqi ilə bağlı yeni qərarından sonra bu ölkənin Xarici İşlər Nazirliyi məsələyə münasibət bildirib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Rusiya XİN müxalifətçi Aleksey Navalnının korrupsiya məsələsinə görə həbsinə görə yeni sanksiya qərarının məyusluq yaratdığını ifadə edib.

“Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının fevralın 22-də boş bəhanələrlə Rusiya vətəndaşlarına yönəlmiş yeni haqsız, təktərəfli sanksiyalar hazırlama qərarı bizi məyus edir.

Aİ Rusiya ilə əlaqələrdə son illərdə tamamilə uğursuz olan süni əlaqələr, sanksiyalar və təzyiqlərin istiqamətini yenidən qavrama fürsətini əldən verir”, - Rusiya XİN-dən bildirilib.