Rusiyada koronavirusa yoluxma tempi 12 dəfə azalıb

Rusiyada koronavirusa yoluxma tempi 12 dəfə azalıb
Oxunma sayı: 994

Rusiyada koronavirusa yoluxmanın artım tempi aprel ayından bəri 12 dəfə azalıb.

“Qafqazinfo” gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Tatyana Qolikova bildirib.

“Bu gündən etibarən, aprelin əvvəlini nəzərə alsaq, gündəlik yeni yoluxma faktı 11,8 dəfə azalıb”, - deyə Qolikova qeyd edib.

Onun sözlərinə görə, artıq bir neçə gündür ki, yoluxmada 2-3% artım qeydə alınıb.

Qeyd edək ki, Rusiyada 387 min 623 nəfər koronavirus daşıyıcısıdır, 4374 nəfər Covid-19-dan dünyasını dəyişib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi