Rusiyada inflyasiya artıb

Rusiyada inflyasiya artıb
Oxunma sayı: 1281

Rusiyada 22 noyabr tarixinə görə, 8,05 faiz olan illik inflyasiyada artım müşahidə olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya İqtisadi İnkişaf Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, Rusiyada illik inflyasiya əvvəlki həftə ilə müqayisədə 8,05 faizdən 8,38 faizə yüksəlib.

İnflyasiyanın artmasının əsas səbəbi ərzaq məhsullarının bahalaşması olub.

Rusiya Prezidenti Vladimir Putin dünən inflyasiyanın ciddi problem olduğunu və hökumətin qabaqlayıcı tədbirlər görməli olduğunu bildirib.

Rusiya Mərkəzi Bankının prezidenti Elvira Nabiullina da verdiyi açıqlamada inflyasiya səbəbindən sərt maliyyə siyasətini davam etdirəcəklərini qeyd edib.

"Biz inflyasiyadan çox narahatıq. Bu, bizim 4 faizlik hədəfimizi iki dəfə artırıb”, - Elvira Nabiullina bildirib.