Rusiyada ilk dəfə avtoritetə bəraət verildi

21.06.2021 | 14:59 Oxunma sayı: 55
Rusiyada ilk dəfə avtoritetə bəraət verildi

Rusiyada ilk dəfə oğru aləminin üzvü Tengiz Gigiberiyaya məhkəmədə bəraət verilib.

"Kriminal Qafqaz" "Prime Crime"ə istinadən xəbər verir ki, bundan öncə müxtəlif cinayətlərə görə 17 il həbs həəyatı yaşayan T.Gigiberiya bu dəfə Rusiya Cinayət Məcəlləsinin 210.1-ci (kriminal aləmdə xüsusi status əldə etmə) maddəsi ilə ititham edilib.

İyunun 18-də Lipetsk Vilayət Məhkəməsinin hakimi Tatyana Frolova 47 yaşlı Tengiz Gigiberiyanın “oğru” olması barədə təqdim edilən dəlillərin sübuta yetirilmədiyini bildirib.

Oğru aləmində kriminal aləm üzvü kimi tanınsa da, məhkəmə onu avtoritet saymayıb.

Aynurə Yusubova

Digər xəbərlər