Rusiyada COVID-19-la bağlı məhdudiyyətlər ləğv edildi

Rusiyada COVID-19-la bağlı məhdudiyyətlər ləğv edildi
Oxunma sayı: 1246

Rusiyada koronavirusla bağlı tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti (Rospotrebnadzor) yayıb.

Məlumata görə, ölkədə maska rejimi, ictimai iaşə obyektlərinin gecə işləməsinə qoyulan qadağa və digər məhdudiyyətlər ləğv edilib. 

Bildirilir ki, ölkədə koronavirusla bağlı vəziyyət pisləşərsə, məhdudlaşdırıcı tədbirlər yenidən bərpa olunacaq.