Rusiyada azərbaycanlı ata qızının soyadı ilə bağlı məhkəməni uduzdu

Rusiyada azərbaycanlı ata qızının soyadı ilə bağlı məhkəməni uduzdu
Oxunma sayı: 1619

Rusiyanın Nijnevartovsk məhkəməsi azərbaycanlı atanının qızının soyad sonluğu ilə bağlı iddiasını təmin etməyib.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, azərbaycanlı ata N. qızının soyad sonluğunun milli ənənələrə uyğun olaraq “qızı” ilə bitməsini istəyib və doğum haqqında şəhadətnamənin dəyişməsi üçün müvafiq dövlət orqanına müraciət edib. Lakin o, rədd cavabı aldığından məhkəməyə müraciət etməli olub. Nijnevartovsk məhkəməsi isə “uşağın soyadı atanın milli adət-ənənələrindən asılı deyil” bəyanatı ilə şikayəti təmin etməyib. 

“Bu tələblərlə məhkəməyə müraciət edən vətəndaş N. arqumentlərindən biri onun özünün milliyyətcə azərbaycanlı olması, ailəsində Azərbaycan adət-ənənələrinə riayət olunması, ona görə də ailə adət-ənənələrini qorumaq üçün vətəndaşlıq vəziyyəti aktına dəyişiklik edilməsi zərurəti olub”, - Nijnevartovsk məhkəməsinin mətbuat xidmətindən bildiriblər.

Qanuna görə, vətəndaşlıq qeydlərində bu cür dəyişikliklər “yalnız uşağın maraqları naminə” edilməlidir. Qeyd edək ki, qızın milliyyətcə rus olan anası da ərinin tələblərini dəstəkləməyib.

 Qeyd edək ki, hətta Rusiya Ədliyyə Nazirliyi də bu işə qarışmışdı. Nazirliyinin əməkdaşları Azərbaycandan olan həmkarlarından məsələyə aydınlıq gətirməyi xahiş ediblər. Məlum olub ki, respublikanın qanunvericiliyində milli adət-ənənələrə uyğun olaraq ata adının dəyişdirilməsi ilə bağlı öhdəliklər yoxdur. Nəticədə N. məhkəməni uduzub.

Yuxarı instansiyaya edilən müraciət də təmin edilməyib.