“Rusiya vəziyyətin gərginləşməsindən narahatdır”

rusiya-veziyyetin-gerginlesmesinden-narahatdir
Oxunma sayı: 4341

“Rusiya Ermənistanla Azərbaycanı hərbi fəaliyyətləri dayandırmağa və diplomatik yolla nizamlanma prosesinə çağırır”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Rusiya vəziyyətin kəskin gərginləşməsindən narahatdır: “Rusiyalı sülhməramlı kontingent atəşin dayandırılması üçün Qarabağ ermənilərinin nümayəndələri və Azərbaycan tərəfi ilə təmasdadır”.