Rusiya və ABŞ səfirləri ilə bağlı Peskovdan açıqlama

06.03.2021 | 11:33 Oxunma sayı: 14
Rusiya və ABŞ səfirləri ilə bağlı Peskovdan açıqlama

Kremlin sözçüsü Dmitri Peskov Rusiya və ABŞ Prezidentləri Vladimir Putinlə Co Baydenin görüşündən sonra hər iki ölkənin səfirlərinin işə qayıtma ehtimalını qiymətləndirib.

“Qafqazinfo”nun “İzvestiya” nəşrinə istinadən məlumatına görə, danışıqların nəticəsi olaraq səfirlərin fəaliyyətinin bərpa olunub-olunmayacağına dair suala Peskov, “Ola da bilər, olmaya da”,- deyə cavab verib.

Nəşr öz mənbəsinə istinadən bildirib ki, səfirlərin fəaliyyətinin bərpası iki ölkə arasında dialoqun davam etdirilməsinə dair kiçik bir siqnal ola bilər.

Bundan əlavə mənbə tərəflərin görüşlə bağlı “illüziyalarının olmadığını” qeyd edib.

Xatırladaq ki, Rusiya və ABŞ dövlət başçıları arasında görüş iyunun 16-da Cenevrədə baş tutacaq. Amerika Prezidentinin mətbuat katibi Cen Psakinin sözlərinə görə, Baydenin Putinlə söhbət üçün seçdiyi mövzulardan biri də kiber təhlükəsizlik olacaq.

Peskov iki ölkə liderləri arasındakı danışıqlardan sonra ortaq sənədlərin imzalanması barədə razılığa gəlindiyini açıqlayıb.

Ən son xəbərlər